logo
Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq

Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq

Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində iyunun 26, 27, 28, 29, 30-da və 1, 2-də iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.

QSC-dən innews.media bildirilib ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.

Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Bununla yanaşı, bayram günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. İyunun 26, 27, 28, 29 və 30-da Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.

Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media