https://innews.media/uploads/news/2023-06/_innews_3ae1e3e98a01717db32f097bd_o.jpg
23 İyun - Azərbaycan dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar olaraq Ağcabədi regional “ASAN xidmət” mərkəzi könüllülərinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunaraq dövlət qulluğuna hazırlaşan könüllülərdən ibarət qrup formalaşdırılıb və “İnkişaf Həftəsi” başladılıb.
Layihənin əsas məqsədi regionda yaşayan, dövlət qulluqçusu olmaq istəyən könüllülərin “Dövlət qulluğu haqqında” qanunla tanışlıq və vahid dövlət siyasətinin formalaşdırılmasının əsasları barədə məlumatlandırmaqdır.
Həftə çərçivəsində könüllülərin Heydər Əliyev mərkəzinə, Ağcabədi rayon Məhkəməsinə və Ağcabədi rayon İcra Hakimiyyətinə ziyarəti təşkil olunub.
Daha sonra könüllülərə “Paylaşmağa Dəyər Fikirlər” başlığında Ağcabədi regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən təcrübəli əməkdaşlar tərəfindən şəxsi inkişaf və karyera planlaması istiqamətində görüşləri həyata keçirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin