logo
Azərbaycan Tibb Universitetinin məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan Tibb Universitetinin məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan Tibb Universitetinin məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO Azərbaycan Tibb Universitetinin məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

17 iyun- Tibb işçilərinin peşə bayramı kimi qeyd edilir. Elə bu məqsədlə də Azərbaycan Tibb Universitetinin 1992-1998-ci illərdə təhsil almış məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Novxanı Spring Oteldə baş tutub. Tibb  işçilərinin peşə bayramına həsr olunmuş yubiley tədbirində universitetin bütün fakültələrinin məzunları təmsil olunub. Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məzun həkimlərin görüşünə professor-müəllim heyətindən də nümayəndələr dəvət edilib. Görüşdə həmçinin qazi və şəhid həkimlərimiz anılıb. Məzun həkimlərlə eyni zamanda təhsil almış və II Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş həkimlər polkovnik-leytenant Rasim Abdullayev və leytenant Azər Şamilovun ailə üzvləri də əsas qonaqlar sırasında olublar. Onlara tələbə yoldaşlarının adından plaketlər və hədiyyələr təqdim olunub.

Yubiley tədbirinin bədii hissəsi respublikanın tanınmış estrada ulduzlarının çıxışı ilə yadda qalıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media