logo
Mediasiya Şurası beynəlxaq əlaqələrini genişləndirir

Mediasiya Şurası beynəlxaq əlaqələrini genişləndirir

Mediasiya Şurası beynəlxaq əlaqələrini genişləndirir Mediasiya Şurası beynəlxaq əlaqələrini genişləndirir

Mediasiya Şurası ilə Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Avropa İttifaqının və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) "Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin kordinatoru Leonid Antohi, Layihə üzrə məsul şəxs Vəfa Rövşənova, beynəlxalq ekspert - mediatorlar Adi Gavrilla və Rimantas Simaitis iştirak edib .

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov son zamanlarda Mediasiya Şurası tərəfindən görülmüş işlər barədə geniş məlumat verib.

Görüş zamanı mediasiya proseslərinin avtomatlaşdırılması, dijital sferaya keçid barədə danışıqlar aparılıb. Eyni zamanda yeni e-mediasiya portalının funksiyaları, yeniliklər və mövcud problemlərin bu yeniliklər vasitəsi ilə həlli yolu barədə məlumat verilib. Qeyd olunub ki, bu yeni portal sayəsində elektron kargüzarlığa keçid təmin olunacaqdır.

Görüş sonunda beynəlxalq ekspertlər məsələ ilə bağlı öz təkliflərini vermiş və işin keyfiyyətinin yüksəldilməsi və texniki təminatla bağlı öz köməklərini göstərəcəklərini qeyd etmişlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media