https://innews.media/uploads/news/2023-06/_innews_5427c204e0a1dbc070046d01c_o.jpg
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Macarıstan Milli Məclisinin vitse-prezidenti Şandor Lezsak ilə görüşüb.
Görüş Macarıstanın Lakitelek kəndində macar və türk xalqlarının tarixi və mədəniyyətini tanıtmaq məqsədi daşıyan və macar-Turan xalqlarının mədəni nailiyyətlərinin nümayiş olunduğu “Hunqarikum Liget” etnoparkında keçirilib. Tərəflər ikitərəfli elmi əməkdaşlığı daha da inkişaf etdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.
Görüşdə akademik Şahin Mustafayev qurumun Macarıstan üçün həyata keçirdiyi layihələri təqdim edib və gələcək işlər haqqında məlumat verib.
O, məşhur macar şairi Şandor Petofinin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilində nəşr olunmuş “Sevgi və azadlıq” şeir kitabını vitse-prezident Şandor Lezsaka hədiyyə edib.
Şandor Lezsak isə Beynəlxalq Türk Akademiyasının qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirərək, akademik Şahin Mustafə minnətdarlığını bildirib.
Görüşdən sonra Akademiyanın prezidenti parkda olan qazax şairi Abay Kunanbayulının abidəsi önünə əklil qoyub, şairin ruhu bir dəqiqəlik sükutla yad edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin