logo
Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında səhiyyə işçilərinin uşaqları ilə görüş keçirib

Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında səhiyyə işçilərinin uşaqları ilə görüş keçirib

Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında səhiyyə işçilərinin uşaqları ilə görüş keçirib Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında səhiyyə işçilərinin uşaqları ilə görüş keçirib

12 iyun 2023-cü il tarixində Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında 17 iyun Tibb işçilərinin peşə bayramı ərəfəsində səhiyyə işçilərinin uşaqlarına imza tədbiri keçirib. İmza tədbirindən öncə Əməkdar artist Bəhram Bağırzadə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi Dr. Tural Sadıqov, anestezioloq-reanimatoloq Xəyal Məmmədov və tibb bacıları ilə görüşüb.

Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Bəhram Bağırzadəni salamlayaraq, hər il 17 iyun Tibb işçilərinin peşə bayramı ərəfəsində yeni kitablarının İmza gününü məhz Mərkəzi Gömrük Hospitalında keçirməsi üçün təşəkkürünü bildirib, xoş sözlər deyib. Idarə rəisi sevimli sənətkara özünün, rəis müavini İsmayıl Əfəndiyevin, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayevin, Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi Dr. Tural Sadıqovun, anestezioloq-reanimatoloq Dr.Xəyal Məmmədovun və həkim-infeksionist Dr.Mədinə Abdullayevanın imzaladıqları “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaiti və xatirə hədiyyəsi təqdim edib.

Əməkdar artist Bəhram Bağırzadə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov başda olmaqla bütün kollektivi qarşıdan gələn 17 iyun Səhiyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və fədakar fəaliyyətlərində uğurlar arzulayıb.

Mərkəzi Gömrük Hospitalının foyesində davam edən görüşdə Bəhram Bağırzadə uşaqlar üçün yazdığı kitablarını imzalayaraq, onlara hədiyyə edib. Tədbir uşaqların böyük sevincinə səbəb olub. Onun təqdim etdiyi kitablar arasında uşaqlar üçün nəzərdə tutulmuş “Qarabağ Azərbaycandır”, “Bakı”, “Avtomobilin hekayəsi”, “Şuşa”, “Quranda adı çəkilən bitkilər” “Su haqqında”, “Hacı Zeynalabdin Tağıyev”, “Azərbaycan silahlı qüvvələri”, “Nizami Gəncəvi” və digər kitablar yer alıb. Sonra Əməkdar artist uşaqların suallarını cavablandırıb. Balaca pasiyentlərin böyük sevincinə səbəb olan bu görüş sonda xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media