Çümhuriyyətimizin 105 ildönümünə həsr edilən sərgidə Bakının qədim kəndlərindən olan Maştağanın bədii mühiti öz əksini tapmışdır. Bu günümüzdə Bakının ən böyük səhər tipli Maştaqa qəsəbəsinin tarixi qədim Oquzların yurdu, ulu Masseqetlərin dövləti Məsqətlə başlayır. Orta əsrlərdə təsərrüfat və ticarət mərkəzi olmaqla, Maştaqa özünəməxsus mədəniyyət, din və elm mühiti formalaşdırır. Burada Bakı xanlarının iqamətqəhları yerləşir və ənənəvi Abşeron memarlığının inkişaf prosesi izlənir, ədəbi məclislər formalaşır.
Kəndin şanlı tarixinin qızıl səhifələri XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara törədilən qanlı soyqırımına qarşı cəsur müqavimət, Qafqaz İslam Ordusunun qərarqahının burada yerləşməsi, II Dünya müharibəsində və Müqavimət hərəkatında maştağalıların fəal iştrakı, I Qarabağ Müharibəsi və şanlı Zəfərimiz uğrunda igidlərimizin qəhrəmanlığıdır.
Sərgisinin konsepti Maştağanın bədii mühitinin təsviri sənətdə əksi, onun təsviri obrazlarının yerli rəssamların təxəyyülündə formalaşmasını izləyir. Sərgi kollaj xüsusiyyətlidir. Fotoqrafiya, rəngkarlıq və qrafika əsərlərində kəndin tarixi, mədəniyyəti, folklor ənənələri, məişəti ilə bağlı məqamlar, mənzərələr və natürmortlar təqdim olunan 50 çox əsərlərin əsas mövzusudur. Fotoqrafiya Evinin mərkəzi zalında Vətənimizin görkəmli xadimləri, Qəhramanlarımızın portretləri ziyarətçilərə təqdim olunub. Sərginin iştrakçıları bir neçə bədii nəslin nümayindələridir. Qocaman sənət ustadlarmızla yanaşı, burada orta və gənc nəsl rəssamlar, eyni zamanda Respublikamızın fərqli bədii ocaqlarında təhsil alan tələbələrimizdə sərgiyə cəlb olunub.
Tədbirdə Respublikanın mədəniyyət xadimləri, Maştağa kəndini ictimai xadimləri çıxış ediblər. Tədbir ərəfəsində rəssam Gündüz Həbibov Beynəlxalq İnformasiya Ağentliyi tərəfindən 1-ci dərəcəli Hacızaynalabdin Tagiyev medalı, sənətşünaslıq üzrə fəlsəfə doktotu, dosent Sevil Kərimova UNESKO yanında “Yeni era” Dünya Rəssamlıq Akademiyasının xüsusi diplomu ilə təltif olunmuşdurlar.
Sevil Kərimova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent