logo
Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyanin Kotbus (Cottbus) səhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçiligi ilə baş tutub.

Almaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan yarışın birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus səhərlərində gerçəkləşdirilib.

Turnirdə iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.

Həmyerlimiz Kənan Hüseynəliyev Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) kəmərinin qalibi olub. Müxtəlif çəki kateqiyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media