logo
Gənc rəssam Firəngiz Tarverdiyevanın "Danışan rənglər" adlı fərdi sərgisinin açılışı baş tutacaq

Gənc rəssam Firəngiz Tarverdiyevanın "Danışan rənglər" adlı fərdi sərgisinin açılışı baş tutacaq

Gənc rəssam Firəngiz Tarverdiyevanın "Danışan rənglər" adlı fərdi sərgisinin açılışı baş tutacaq Gənc rəssam Firəngiz Tarverdiyevanın "Danışan rənglər" adlı fərdi sərgisinin açılışı baş tutacaq

18 may, saat 19.00-da Bakı Rus Evi və Chagh Art Platformun birgə təşkilatçılığı ilə Bakı Rus Evinin Sərgi salonunda gənc rəssam Firəngiz Tarverdiyevanın “Danışan rənglər” adlı fərdi sərgisinin açılışı baş tutacaqdır. Sərgidə gənc rəssamın 30 əsəri nümayiş olunacaq.

Sənət dünyasını yenicə kəşf edənlər ilk növbədə bu aləmdə özünün axtarışına çıxır. Gənc rəssam da mənəvi axtarışa inamla, bütün cəsarəti ilə addımlayır. Buna isə onun individual dünyasının prizmasından axıb, kətana köçən maraqlı əsərləri deməyə əsas verir. Ellada İsmayıl, Nazim Yunusov kimi rəssamlardan fərdi rəngkarlıq dərsləri alan Firəngiz Tarverdiyeva fərqli mövzu və janrlarda 40-dan çox əsərin müəllifidir. Onun sərbəst tərzi rəng çalarlarına spektral ardıcıllıqla yanaşması ilə seçilir.

Onun rəngkarlıq üslubunda Pol Sezan, Fikret Mualla kimi rəssamların təsiri hiss olunur. Bununla yanaşı, o, seçdiyi sənətə məsuliyyət ilə yanaşaraq, fərdi dəst-xəttini formalaşdırmaq üçün eksperimentlər aparmaqdan da çəkinmir. Gənc olmasına baxmayaraq təsvirlərinin kompozisiyasının süjet xətti, rəng çalarları bir-biri
ilə səsləşərək, təxəyyülündə yaratdığı vahid ideyanın aksiomuna çevrilir. Firəngiz Tarverdiyeva 2007-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini Bakı Xoreoqrafiya Akademiyasında alıb, daha sonra orta təhsilini 200 saylı məktəb lisey kompleksində davam etdirib. Kiçik yaşlarından fəal yaradıcılıq yoluna qədəm qoyması onun təsviri sənətdə parlamasına səbəb olub. O, müxtəlif illərdə "Kitabi-Dədə Qorqud", "Once upon a time in London" (London, Nancy Victor Gallery), Azərbaycan-Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş sərgilərin, "StArt" layihəsinin iştirakçısı olmuş, diplom və sertifikatlarla təltif edilmişdir. Firəngiz Tarverdiyeva yaratdığı işlərin insanların həyatına gözəllik, sevinc və harmoniya bəxş edəcəyinə inanır.

Sərgi 20 may tarixinədək davam edəcək.

Tədbirin təntənəli açılışı: 18 may, saat 19:00

Sərginin iş saatları: 19-20 may, saat 10:00-dan 19:00-dək

Bakı Rus Evi / Sərgi Salonu

Təşkilatçılar: Bakı Rus Evi, Chagh Art Platform

Ünvan: BAKI RUS EVİ / Üzeyir Hacıbəyli küç, 77B

Əlaqə üçün: +994 51 889 91 94

footer
Top