logo
Şagird və tələbələr arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi

Şagird və tələbələr arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi

Şagird və tələbələr arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi Şagird və tələbələr arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi

Azərbaycanda musiqi təhsili sistemində lider və aparıcı mövqelərdə olan, musiqi mədəniyyətimizə neçə-neçə korifeylər, dahilər bəxş edən, dahi Ü.Hacıbəyli və K.Səfərəliyeva ənənələri üzərində qurulub fəaliyyət göstərən Bülbül adına orta ixtisas musiqi məktəbi bu günədək Ulu öndərin xatirəsi ilə bağlı ,yuzlərlə iştirakçısı olan üç müsabiqə keçirmişdir. 2023-cü il aprelin 10-20 tarixlərində  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı və rəhbərliyi ilə ümmilliliderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş, ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların Heydər Əliyev adına IV Respublika müsabiqəsi keçirildi. Müsabiqəyə Respublikanın müxtəlif şəhər və rayonlarından 500-dən artıq iştirakçı-fortepiano, orkestr alətləri, vokal, xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə şagird və tələbələri qatılaraq, onlardan 116 nəfəri laureat adını qazanmış, 406 nəfər isə Diplom və Fəxri fərmanlarla təltif edilmişdir.

Müsabiqənin yaradıcı çərçivələrini, gənc musiqiçilərin dünyagörüşlərini daha da genişləndirmək məqsədi ilə "Onu zaman seçmişdir"adı altında şagird və yaradıcı gənclərin Elmi- praktik konfransı da müsabiqə proqramına daxil edilmişdir.

 8 may 2023-cü il tarixində  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müsabiqə qaliblərinin mükafatlandırılması və   yekun konserti keçirildi. Konsert tamaşaçıların alqışları ilə sona çatdı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media