logo
Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 8 may 2023-cü il tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı Bakı Fotoqrafiya Evində həyata keçirilib.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunmuşdur. Heydər Əliyevin dünya liderləri ilə görüşlərini və iş fəaliyyətini lentə alan bu fotoqraflar Ümummilli Lider ilə birgə keçirdikləri böyük yolun xatirələrini fotoqrafiya dili ilə bu sərgidə paylaşdılar. Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirmişdir. Yaşar Xəlilov və Oqtay Məmmədov Azərtac-da üzünmüddət çalışmış fotoqraflar idilər. Sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış etmişdir. Təbdirdə Azərbaycan Fotoqraflar Birliyi və Azərtac-ın nümayəndələri, həmçinin İçərişəhər DTMQİ-nin əməkdaşları iştirak edib.

Sərgi 8-14 may 2023-cü il tarixlərində həyata keçirilir.

Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü il dönümüdür. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media