logo
"Sərhəd" hərbi-idman oyunları başa çatdı

"Sərhəd" hərbi-idman oyunları başa çatdı

"Sərhəd" hərbi-idman oyunları başa çatdı "Sərhəd" hərbi-idman oyunları başa çatdı

Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatdı.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 4-dək final mərhələsində mübarizələrini davam etdirdilər.

Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilmiş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçiriblər.

Final mərhələsinin yekunlarına görə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun internat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutdu.

May ayının 4-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırıldılar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media