logo
Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub

Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub

Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub

Aprelin 29-da Yaponiya hökuməti 2022-ci il yaz mövsümü üzrə orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan edib.

Yaponiyanın Azərbaycandakı səfirliyindən innews.media-a bildirilib ki, ekologiya və təbii sərvətlər naziri, Azərbaycan-Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Muxtar Babayev Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub.

M.Babayev Yaponiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfələrə görə təltif edilib.

Qeyd edək ki, xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında əhəmiyyətli əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media