https://innews.media/uploads/news/2023-05/_innews_98912d4bc732451e55b3a45df_o.jpg
29 Aprel tarixində Türkiyə Bioloqlar Dərnəyi(TBD) və Azərbaycan Elm və İnnovasiya Könüllüləri ( AEİK) Gənclər Təşkilatının birgə təşəbbüsü ilə DNT Gününə həsr edilmiş “Çift (ikiqat) Sarmal Günü” adlı online konfrans keçirilib.
350 – dən çox gəncin iştirak etdiyi konfransa TBD rəhbəri Onur Öztürk və AEİK sədri Cavid Quluyevin və icraçı direktor Bayram Bayramovun sözləri ilə başlanılıb. Konfransın ilk hissəsində akademik İradə Hüseynovanın nümayəndəsi ....., Uzman Bioloq İhsan Soytemiz, Doç. Dr. Mahmut Ergören, Prof. Dr. Turgay Ünver, biologiya elmləri doktoru Mehraç Abbasov, Prof. Dr. Ali Demirsoy, Öğr.Gör. Abdullah Zübeyir Ceylan məqalələrini gənclərə təqdim ediblər. Çıxışlar arasında verilən fasilədən sonra Öğr.Gör. Abdullah Zübeyir Ceylan tərəfindən ”Workshop” təşkil edilib. ”Workshop”da konfrans iştirakçıları seçdikləri meyvələrin ekstarktından DNT əldə ediblər. ”Workshop”un sonunda iştirakçılarla xatirə şəkli çəkilib. İkinci hissədə Doç.Dr. Halide Nihal Açıkgöz, Dos. Dr. Nigar Hüseynova, Prof. Dr. Eldar Qasımov, Uzm. Embriyolog Ferhat Cengiz öz məqalələri ilə çıxış ediblər. Qeyd edək ki, bütün məqalələrin sonunda içtirakçılar tərəfindən ünvanlanmış suallar mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Sonda hər iki ölkədən olan mentorlar iştirakçılara ardaş ölkənin dilində müraciət edib və konfrans məlumatlarının onlara ən qısa zamanda göndəriləcəyini bildirib.



Ən son xəbərləri səhifəmizdən də izləyin