https://innews.media/uploads/news/2023-04/_innews_0b4fc764fc2e4e98b25ad7820_o.jpg
Ağsu RQİİ-nin bir sıra xidmət sahələrində çalışan nəzarətçi-çilingərlərin iş şəraiti ilə yaxından tanış olmaq məqsədilə görüş keçirilib.
SOCAR "Azəriqaz" İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyevin iştirakı ilə keçirilən görüşlər ardıcıl olaraq Kürdəmir, Ucar və Göyçay xidmət sahələrində baş tutub. Qurum rəsmisi nəzarətçi-çilingərləri narahat edən problemləri, həmçinin tələb və təklifləri dinlədikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verib. Daha sonra hər bir xidmət sahəsindən 2 əməkdaş olmaqla ümumilikdə 6 nəfər nümunəvi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
Sonda baş direktorun təşəkkür və tapşırıqlarını nəzarətçi-çilingərlərə çatdıran C.Şıxəliyev onlara işlərində uğurlar arzulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin