logo
ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar tədbir baş tutub.

Tədbir Ağcabədi şəhərindəki hərbi hissələrin birində keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmçinin “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhidimiz mayor Anar Şükürovun oğlu, ASAN könüllüsü Ümid Şükürlü  qəhrəman atası və ordumuz ilə bağlı təəssüratlarını əsgərlərimizlə bölüşüb.

Sonra  “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin  vətənpərvərlik ruhunda  ifaları səsləndirilib.

Sonda hərbi hissə ərazisinə ekskursiya baş tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media