logo
İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

Aprel ayının 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılmışlar.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media