logo
Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur

Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur

Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur

13 mart tarixində Almaniyaya səfəri zamanı Mərkəzi Asiya ölkələri ilə iş birliyi barədə məlumat verən Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik. Nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində işlər aparılır. Bizim müzakirə edəcəyimiz məsələlərdən biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq. Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır.

Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunduğunu qeyd edən Prezident bildirib ki, birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir. 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyası təsdiqlənib. Bu investisiyaların əksəriyyəti dövlət tərəfindən maliyyələşəcək. Lakin, eyni zamanda, özəl-dövlət tərəfdaşlığı layihələri də olacaq.

Müəllif: Zahid Həsənov

Göygöl Rayon İHB-nın Yeni Zod kən İƏD üzrə nümayəndəliyin

Baş məsləhətçi – baş mühasibi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin