logo
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb

Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb

Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Ölkə rəhbəri çıxışı zamanı bildirib ki, Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik. Son 20 ildə ölkə iqtisadiyyatının üç dəfədən çox artdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub Texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq. Qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq.

Müəllif: Araz Məmmədov

Göygöl rayon üzrə Maliyyə şöbəsinin sektor müdiri

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin