logo
Ağstafada Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

Ağstafada Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

Ağstafada Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi Ağstafada Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, idarə, müsəssisə və təşkilat kollektivlərinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ulu Öndərin adını daşıyan mədəniyyət parkında sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi ehtiva edən eksponatlar, özfəaliyyət dərnəklərinin dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim, mətbəxini, məişətini əks etdirən guşələr böyük həvəslə izlənilib. Yerli mədəniyyət nümayəndələrinin təqdimatında milli rəqs, aşıq sənəti və digər folklor nümunələri, eləcə də idman klublarının nümunəvi çıxışları da böyük marağa səbəb olub.

RİH başçısı bayram çıxışında xalqımızın çoxəsrlik tarixi ənənələrini özündə ehtiva edən, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib.

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş bayram konsertindən sonra RİH başçısı Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu ilə birgə bayram tonqalını alovlandırıblar.

footer
Top