logo
Dr.Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub

Dr.Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub

Dr.Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub Dr.Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev 16 mart 2023-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub. Dr.Bəxtiyar Musayev1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirmiş, 1982-1983-cü illərdə 5 saylı Klinik Xəstəxanada Cərrahiyyə üzrə internatura keçmişdir. O, 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb.

Dr.Bəxtiyar Musayev 2018-ci ildən 16 mart 2023-cü ilə qədər Mərkəzi Gömrük  Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib. Bəxtiyar həkim  50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.

Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Dr.Bəxtiyar Musayevi Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunması münasibətilə təbrik edir, şərəfli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media