https://innews.media/uploads/news/2023-03/_innews_a8a1fd506bf7282b0b25133df_o.jpg
Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə martın 20-nə əlavə reys təyin edir.
ADY-dən innews.media bildirilib ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.
Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin