logo
13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək 13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.

Hüquqi yardım aksiyası 13-14 mart tarixlərində Respublikamızın 4 şəhərində - Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində aşağıda qeyd olunan ünvanlarda həyata keçiriləcək:

1. Bakı şəhəri üzrə: Saat: 10:00-13:00

Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı.

2. Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00

Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).

3. Şəki şəhəri üzrə: Saat: 10:00-13:00

Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

4. Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

Xidmətdən istifadə etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

Əlaqələndirici şəxs: Araz Həsənli

Tel: 055-867-53-32

Email: araz.hasanli@competition.gov.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media