logo
"Bilinməyən Qəhrəmanlar" adlı foto sərgi təşkil olunub

"Bilinməyən Qəhrəmanlar" adlı foto sərgi təşkil olunub

"Bilinməyən Qəhrəmanlar" adlı foto sərgi təşkil olunub "Bilinməyən Qəhrəmanlar" adlı foto sərgi təşkil olunub

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bakı Limanının Liman İncəsənət Mərkəzi tərəfindən “Bilinməyən Qəhrəmanlar” adlı foto sərgi təşkil olunub.

Sərginin açılış mərasiminin 7 mart 2023 tarixində Bakı Dəniz Vağzalında (Liman İncəsənət Mərkəzi, Neftçilər pr.62) keçirilib. Sərgi Bakı Limanı tərəfindən Dövlət Dəniz və Liman Agentliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Dəmir Yolları’’ QSC və TEAS PRESS nəşriyyat evi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur.

Sərginin keçirilməsində əsas məqsəd, dəniz və nəqliyyat sahələrində çalışan limançı, dəmiryolçu və dənizçi peşəsini seçən xanımların uğur hekayələrini foto təsvirlər vasitəsi ilə nümayiş etdirməkdir. Həmçinin, Azərbaycanda tarixən nəqliyyat və logistika sahəsinin inkişafında xanımların da mühüm rolunun olmasını təbliğ etməkdir.

Sərgidə Azərbaycanın müxtəlif dövlət qurumlarının rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri, limançı, dəmiryolçu və nəqliyyat sahəsində çalışan peşəkarlar, tanınmış şəxslər, media nümayəndələri və s. iştirak etdilər.

Sərgidə 50-ə yaxın tarixi və müasir dövrləri özündə əks etdirən şəkillər nümayiş olunur. Sərgi 07 mart 2023 - 07 aprel 2023-cü il tarixlərdə ictimaiyyət üçün açıq olacaq. Giriş sərbəstdir.

footer
Top