https://innews.media/uploads/news/2023-03/_innews_fddab1a44eaa2b917a8de409b_o.jpg
Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.
innews.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
1. 1.1-ci bənddə “ölkə daxilində və ölkə xaricində” sözləri “görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və” sözləri ilə əvəz edilib.
2. Aşağıdakı məzmunda 3.2.10-1-ci yarımbənd əlavə edilib:
“3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq;”.
3. 3.2.11-ci yarımbəndə “nəşrlər buraxmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək” sözləri əlavə edilib.