logo
TƏBİB: Siyəzəndə baş verən qəza zamanı yaralananlardan 2 nəfərin vəziyyəti ağırdır

TƏBİB: Siyəzəndə baş verən qəza zamanı yaralananlardan 2 nəfərin vəziyyəti ağırdır

TƏBİB: Siyəzəndə baş verən qəza zamanı yaralananlardan 2 nəfərin vəziyyəti ağırdır TƏBİB: Siyəzəndə baş verən qəza zamanı yaralananlardan 2 nəfərin vəziyyəti ağırdır

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

TƏBİB-dən innews.media bildirilib ki, yaralananlardan hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media