Türkiyənin Rizə bölgəsi yanvarın 8-də dünyanın hər yerindən xizəkçiləri qəbul edəcək. İdmançılar Kaçkar dağlarının zirvəsində unudulmaz təcrübə yaşayacaqlar.
Nəfəs kəsən idman növünün adı “Heliski”, yəni vertolyotla xizək sürməkdir.
innews.media xəbər verir ki, dünyanın ən ekstremal idman növlərindən biri olan Heliski hər il olduğu kimi bu il də Rizənin Ayder yaylasındakı Kaçkar dağlarında keçiriləcək.
Dünyada Alyaska, Kanada və Alp dağlarında keçirilən bu idman yarışlarının Türkiyədəki ünvanı isə Rizə, Kaçkar dağlarıdır.
Helikopterlərlə Kaçkar dağlarının zirvəsinə buraxılan idmançılar nəfəs kəsən mənzərələrlə yamaclarda xizək sürəcəklər.
"Heliski" təşkilatçısı Əhməd Haşimoğlu investisiyaların idman turizminə də böyük töhfə verdiyini söyləyib.
"Heliski" təşkilatçısı Haluk Kurt dünyanın cəmi 5 ölkəsində keçirilən idman yarışına ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.