logo
İstanbuldakı tarixi Kapalı Çarşı bazarını bir il ərzində 40 milyona qədər insan ziyarət edib

İstanbuldakı tarixi Kapalı Çarşı bazarını bir il ərzində 40 milyona qədər insan ziyarət edib

İstanbuldakı tarixi Kapalı Çarşı bazarını bir il ərzində 40 milyona qədər insan ziyarət edib İstanbuldakı tarixi Kapalı Çarşı bazarını bir il ərzində 40 milyona qədər insan ziyarət edib

İstanbulun məşhur tarixi Kapalı Çarşı bazarını ziyarət edənlərin sayı 2022-ci ildə bir il əvvəlki ilə müqayisədə 14 milyon 266 min 801 nəfər artaraq 39 milyon 766 min 801 nəfərə çatıb. 

Beləliklə, 2022-ci ildə obyektə gündəlik orta hesabla 100 min nəfəri keçib. 

Bazar əzəməti və zəngin ticarət meydançaları ilə milyonlarla turisti və Türkiyə sakinini cəlb edir. 

Kapali Çarşi dünyanın ən böyük və ən qədim qapalı bazarlarından biridir. Turistlər arasında İstanbulun ən məşhur tarixi yerlərindən biridir. 

Bazardan canlı ticarətin getdiyi kiçik səs-küylü küçələr keçir. 

Memarlığı nəhəng labirintə bənzəyən tikili 1460-cı ildə Sultan II Mehmet dövründə tikilib. 

Kapalı Çarşı bazarı Osmanlı İmperiyasının “iqtisadiyyatının qəlbi” sayılırdı. 

Bazar ziyarətçiləri, zərgərlikdən tutmuş paltara, xalçadan çantaya qədər, hər zövqə uyğun mal ala bilərlər. 

Avropa.info bildirir ki, Kapalı Çarşı İdarə Heyətinin sədri Fatih Kurtulmuşun "Anadolu" agentliyinə verdiyi məlumata görə, ötən il aparılan bərpa işlərindən sonra məşhur ticarət mərkəzi yenilənmiş formada ziyarətçilərin qarşısına çıxıb. 

Onun sözlərinə görə, 2500 iş yeri birbaşa Kapalı Çarşı ərazisində, daha 1200-ü isə kompleksə daxil olan “meyxana”larda yerləşir. 

Kurtulmuş bazarın yay aylarında yerli vaxtla 08:30-dan 19:30-a, qışda isə 08:30-dan 19:00-a qədər açıq olduğunu bildirib. 

O, 2019-cu ildə bazarı 43 milyon qonaq ziyarət etdiyini, 2020-2021-ci illərdə bu rəqəmin iki dəfə azaldığını, 2020-ci ildə məşhur bazarı 21 milyon 360 min, 2021-ci ildə isə 25,5 milyon nəfərin ziyarət etdiyini xatırladıb.

footer
Top