logo
Yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb

Yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb

Yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb Yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb

Ötən ilin hazırki dövrü ilə müqayisədə bu il ölkə ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində,  Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur.

Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi  problemlərin həllinə müsbət təsir göstərib.

"Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub."

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media