logo
Baş Prokurorluqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı təlim

Baş Prokurorluqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı təlim

Baş Prokurorluqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı təlim Baş Prokurorluqda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı təlim

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edir.

Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş əməliyyat müşavirəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə təcrübədə yol verilən nöqsan və pozuntuların qarşısının alınması məqsədilə təlimlərin davam etdirilməsi qərara alınmışdır. Baş prokurorun 02.12.2022-ci il tarixli Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən daxili işlər orqanlarının əməkdaşları üçün “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin tövsifinin, habelə bu qəbildən olan işlərin istintaqının maddi əsasları və prosessual qaydaları” mövzusunda təlim təşkil edilmişdir. Təlim üzrə tədris tədbirləri carı ilin dekabr ayının 6-dan 8-dək dinləyiciləri iş yerindən ayırmadan, distant formada “Zoom” proqramı vasitəsi ilə və canlı vaxt rejimində həyata keçirilmişdir.

Təlimə 19 inzibati ərazi vahidində ibtidai istintaq sahəsində xidmət edən polis orqanlarının 13 bölmə (şöbə) rəisi, 8 baş müstəntiqi və 38 müstəntiqi dinləyici qismində cəlb olunmuş, tədbirdə təlimçi qismində isə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət ittihamının müdafiəsi, Daxili işlər orqanlarının, habelə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin peşəkar işçiləri iştirak etmişlər.

Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, təlim çərçivəsində dinləyicilərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı, xarici ölkələrin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi, bu növ cinayətlərin tövsifi məsələləri və istintaq metodikası tədris edilmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin