logo
Kənar Dairəvi yolda yanğın səbəbindən tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Kənar Dairəvi yolda yanğın səbəbindən tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Kənar Dairəvi yolda yanğın səbəbindən tətbiq edilən məhdudiyyət aradan qaldırıldı Kənar Dairəvi yolda yanğın səbəbindən tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən Kənar Dairəvi yolda baş vermiş yanğınla əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

"innews media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Kənar Dairəvi yolun kənarındakı otluq sahədə baş verən yanğın səbəbindən sürücülərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

Hazırda yanğınla bağlı vəziyyət nəzarət altına alınıb və qeyd olunan istiqamətdə hərəkət tam bərpa edilib.

Sürücülər həmin ərazidə hərəkəti adi qaydada davam etdirə bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media