logo
Bakı Cıdır Meydanında infrastrukturun yenilənməsi üçün mərhələli işlər aparılır

Bakı Cıdır Meydanında infrastrukturun yenilənməsi üçün mərhələli işlər aparılır

Bakı Cıdır Meydanında infrastrukturun yenilənməsi üçün mərhələli işlər aparılır Bakı Cıdır Meydanında infrastrukturun yenilənməsi üçün mərhələli işlər aparılır

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakı Dövlət Cıdır Meydanının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə həyata keçirilmiş monitorinqlər zamanı bir sıra uyğunsuzluqlar müəyyən olunmuşdur.

Ərazidə aparılan baxışlar nəticəsində qanunsuz tikililər, eləcə də müvafiq qaydada razılaşdırılmamış yüngül konstruksiyalar və digər qurğuların mövcudluğu aşkarlanmışdır.

Mövcud vəziyyət nəzərə alınaraq, ümumi təhlükəsizliyin gücləndirilməsi və xüsusilə yanğın risklərinin qarşısının alınması məqsədilə qeyd olunan tikililərin mərhələli şəkildə sökülməsinə və ərazidə genişmiqyaslı təmir-tikinti işlərinə start verilmişdir.

Federasiya üçün atların sağlamlığı və rifahı əsas prioritetlərdəndir. Bu səbəbdən görülən işlər zamanı onların təhlükəsizliyi tam təmin ediləcək, müvəqqəti olaraq uyğun şəraitə malik alternativ məkanlara köçürülməsi növbəli şəkildə həyata keçiriləcəkdir. Yenidənqurma işləri başa çatdıqdan sonra isə atlar yeni tövlələrlə təmin olunacaqlar.

Görülən işlərin nəticəsində meydanın infrastrukturu əsaslı şəkildə yenilənəcək, təhlükəsizlik və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yüksəldilərək daha müasir və dayanıqlı mühit formalaşdırılacaqdır.

Həyata keçirilən tədbirlərin başlıca məqsədi Cıdır Meydanını müasir  standartlara uyğunlaşdırmaqla yanaşı, onu həm gündəlik fəaliyyət, həm də milli və beynəlxalq səviyyəli tədbir və yarışların keçirilməsi üçün tam funksional, nümunəvi bir məkana çevirməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin