logo
Avtoidman əfsanəsi Aleks Zanardi vəfat edib

Avtoidman əfsanəsi Aleks Zanardi vəfat edib

Avtoidman əfsanəsi Aleks Zanardi vəfat edib Avtoidman əfsanəsi Aleks Zanardi vəfat edib

Keçmiş Formula 1 pilotu və Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında vəfat edib.

“innews media” xəbər verir ki, italiyalı idmançının ölümü avtoidman ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.

Aleks Zanardi 1990-cı illərdə Jordan, Minardi, Lotus və Williams komandalarının heyətində çıxış edərək ümumilikdə 41 Qran-pridə mübarizə aparıb. Onun ən uğurlu dövrü 1993–1994-cü illərdə “Lotus” komandasında olub. Həmin illərdə Braziliya mərhələsində altıncı yeri tutaraq karyerasının ən yaxşı nəticəsinə imza atıb.

Zanardi həmçinin ABŞ-da keçirilən IndyCar Series yarışlarında ikiqat çempion olub. Lakin 2001-ci ildə Almaniyada Lausitzring trasında baş verən ağır qəza nəticəsində hər iki ayağını itirib.

Buna baxmayaraq, o, qəzadan qısa müddət sonra idmana qayıdaraq xüsusi idarəetmə sistemi ilə təchiz edilmiş avtomobillə World Touring Car Championship yarışlarında iştirak edib və yenidən podiuma yüksəlməyi bacarıb.

İtalyan idmançı daha sonra əl velosipedi ilə Paralimpiya oyunlarında çıxış edib. O, 2012 və 2016-cı illərdə keçirilən Paralimpiya Oyunlarında İtaliya adına yarışaraq 4 qızıl və 2 gümüş medal qazanıb.

2020-ci ildə İtaliyanın Siena şəhərində əl velosipedi ilə hərəkət edərkən yol qəzası keçirən Zanardi ağır xəsarətlər almışdı.

Stefano Domenikali onun vəfatı ilə bağlı başsağlığı verərək bildirib ki, Zanardi həm insan, həm də idmançı kimi hər zaman ilham mənbəyi olub: “O, ən çətin anlarda belə təbəssümünü və qətiyyətini qoruyurdu. Onun itkisi böyükdür, lakin mirası yaşayacaq”.

Qeyd edək ki, Aleks Zanardi idman tarixində əzmkarlığı və yenidən ayağa qalxmağı ilə yadda qalan simalardan biri kimi xatırlanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin