logo
“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb “Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Azerconnect Group” və qlobal texnologiya nəhəngi “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “NVIDIA”nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək.

“Azerconnect Group” rəhbərliyi ABŞ səfəri zamanı “NVIDIA”nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun başçılıq etdiyi komanda ilə görüşlər keçirib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellektəsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.

“NVIDIA ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. “Azerconnect Group” olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Emil Məsimov diqqətə çatdırıb.

“NVIDIA” ilə tərəfdaşlıq “Azerconnect Group”un texnoloji imkanlarını daha da genişləndirərək süni intellektəsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və “FinTech”, “AdTech”, “Media/TV” kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin