logo
Türkiyə səfiri Oslo Azərbaycan Evində - Novruz və Ramazan görüşü

Türkiyə səfiri Oslo Azərbaycan Evində - Novruz və Ramazan görüşü

Türkiyə səfiri Oslo Azərbaycan Evində - Novruz və Ramazan görüşü Türkiyə səfiri Oslo Azərbaycan Evində - Novruz və Ramazan görüşü

Türkiyə Cümhuriyyətinin Norveç Krallığındakı səfiri Gülin Dinç Ramazan və Novruz bayramları ərəfəsində Oslo Azərbaycan Evini ziyarət etmişdir. Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin dərsində iştirak edən xanım səfir şagirdlərlə səmimi söhbətləşmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Şagirdlər isə öz növbəsində Türkiyə–Azərbaycan qardaşlığına həsr olunmuş şeirlər səsləndirmiş və vətənpərvərlik ruhunda mahnılar ifa etmişlər.

Daha sonra xanım səfir Oslo Azərbaycan icmasının fəalları ilə görüşüb. Çay süfrəsi arxasında keçirilən görüşdə icma üzvləri ilə səmimi fikir mübadiləsi apararaq dəyərli tövsiyələrini və xoş arzularını bölüşüb.

Norveçdəki Türk və Azərbaycan  icmalarının və təşkilatlarının sıx əməkdaşlığından və bir-birlərini dəsyəkləməsindən məmnun olduğunu vurğulamışdır.

Sonda xanım səfir Oslo Azərbaycsn Evinin qonaq kitabına ürək sözlərini yazıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin