logo
Mehin Hümbətova Faiq Ağayevin hitini yenidən səsləndirdi - VİDEO

Mehin Hümbətova Faiq Ağayevin hitini yenidən səsləndirdi - VİDEO

Mehin Hümbətova Faiq Ağayevin hitini yenidən səsləndirdi - VİDEO Mehin Hümbətova Faiq Ağayevin hitini yenidən səsləndirdi - VİDEO

Müğənni Mehin Hümbətova bu dəfə Xalq artisti Faiq Ağayevin repertuarına müraciət edib.

Sənətçi yeni akustik layihəsində “Aldatdı məni” mahnısını səsləndirib.

“2000-ci illərin hit mahnıları albomunda sevərək ifa etdiyim “Aldatdı məni” mahnısını bizə respublikanın Xalq artisti, sənətinə və şəxsiyyətinə rəğbət bəslədiyim Faiq Ağayev sevdirib. Bu mahnını ondan sonra ifa etmək həm böyük məsuliyyət, həm də şərəfdir mənim üçün. Əlbəttə ki, ilk olaraq onunla bölüşdüm bu ifanı. Bəyəndiyinizə çox sevindim, sizi sevirəm, Faiq Ağayev”, - deyə, Mehin sosial media hesabında yazıb.

F.Ağayev isə ona “Uğur olsun” şərhini yazıb.

Qeyd edək ki, mahnının sözləri Xanım İsmayılqızına, musiqisi Novruz Aslana aiddir.

Onu da bildirək ki, Mehin bu layihədə ilk Xalq artisti Aygün Kazımovanın “Əcəb yaraşırıq” mahnısını təqdim edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin