logo
Bakıdakı tədbirdə Qərbi Azərbaycanın tarixi xalça sənəti ilə təqdim edildi

Bakıdakı tədbirdə Qərbi Azərbaycanın tarixi xalça sənəti ilə təqdim edildi

Bakıdakı tədbirdə Qərbi Azərbaycanın tarixi xalça sənəti ilə təqdim edildi Bakıdakı tədbirdə Qərbi Azərbaycanın tarixi xalça sənəti ilə təqdim edildi

“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib. “EMEDIA GROUP” Media təşkilatının təşəbbüsü və rəhbərliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə milli mətbuatın 150 illiyi və Qərbi Azərbaycanın tarixini yaşadan xalça sənəti mövzusunda geniş təqdimatlar olub.

Tədbirdə xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan xalçaçılıq sənətinin və zəngin milli mədəniyyətimizin beynəlxalq arenada uğurla təbliği və layiqincə tanıdılmasına verdiyiniz dəyərli töhfələrə görə Vüsal Muradlıda təltif edildi.

İllərdir "EMEDIA GROUP" Media Təşkilatı tərəfindən milli mətbuatın ildönümü münasibətilə keçirilən tədbirin yubiley buraxılışında tarixi dəyərlərə xüsusi yer ayrılıb. Tədbirin əsas hissələrindən biri olan “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib. Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır. Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir. Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir.

Tədbirə xüsusi estetik dəyər qatan elementlərdən biri də “Babək” filmində Babəkin geyindiyi orijinal libasın nümayişi olub. Həmin tarixi geyim simvolik olaraq milli yaddaşın yaşadılmasına və keçmişlə bu gün arasında körpü qurulmasına xidmət edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin