logo
Orxanın konsertinə 12 saata 2500 bilet satıldı

Orxanın konsertinə 12 saata 2500 bilet satıldı

Orxanın konsertinə 12 saata 2500 bilet satıldı Orxanın konsertinə 12 saata 2500 bilet satıldı

Uzun zamandır ABŞ-da yaşayan reper Orxan Zeynallı 6 il aradan sonra Bakıda səhnəyə çıxacaq.

innews.media xəbər verir ki, keçmiş HOST qrupunun AİD ləqəbli üzvü ötən gecə “40-cı paralel” adlı konsert verəcəyini açıqlayıb.

20 noyabrda Elektra Events Hallda keçiriləcək tədbir türk müğənni Edisin rekordunu təzələyib. Belə ki, 12 saat ərzində konsertə 2500-dən çox bilet satılıb.

“6 il, 21 yeni mahnı, 7 yeni klipdən sonra nəhayət ki, gözlənilən gün gəldi çatdı. Mənim yaradıcılığım 2019-cu ildə “40-cı Paralel” mahnısı ilə “əvvəl” və “sonra”ya bölündü. Eyni adlı konsert isə ümid edirəm ki, həyatımın dönüş nöqtəsi olacaq - 15 illik musiqi karyeramın hesabatı. Bu yolda mənlə olan hər kəsə minnətdaram”, - deyə, Orxan paylaşımında qeyd edib.

Qeyd edək ki, O.Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu “Biz İnsan Deyilik” adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.

O, “Hekayəm”, “40-cı paralel”, “Mavi qızılgüllər”, “Karusel”, “Yadımda deyilsən”, “Bəlkə də nə vaxtsa” kimi hitlərin müəllifidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media