logo
Özbəkistanda Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib

Özbəkistanda Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib

Özbəkistanda Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib Özbəkistanda Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə start verilmiş, Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılışı edilib.

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinə start verilmiş, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstü açılış mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, açılış mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.

Əvvəl Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən nümayəndə heyəti və tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyev və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Sonra tədbir iştirakçılarına Azərbaycanın əməkdar artisti Kaykeb Aliyevanın həyatı və yaradıcılığı ilə bağlı hazırlanmış  videofilm nümayiş etdirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın əməkdar artisti, Özbəkistanın Dostluq orden mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi “Azərbaycan qızları” rəqs ansamblına tanınmış rəqqasənin adı verilib.

S.Abbasov Kaykeb Aliyevanın həyatı və fəaliyyəti haqqında məlumat verib, bildirib ki, Kaykeb Aliyeva 1989-cu ildən Özbəkistanda Azərbaycan rəqslərinin təbliğini həyata keçirib, onun tərəfindən yaradılan və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan qızları rəqs ansamblı Özbəkistanın mədəni həyatında aktiv iştirak edib. Kaykeb Aliyeva Ansamblla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyi rəqs dərnəyində yüzlərlə yeniyetmə gənc rəqs sənətinin  sirlərini öyrənib.

S.Abbasov Azərbaycan və Özbəkistan dövlətinin daim Kaykeb Aliyevanın yaradıcılığına xüsusi diqqət göstərdiklərini, ölkə başçılarımız tərəfindən Kaykeb Aliyevanın Azərbaycanın əməkdar artisti adına, Özbəkistanın “Dostluq”, “Şöhrət” və “Müstəqillik” ordenlərinə layiq görülüb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, Kaykeb Aliyevanın yaradıcılığı haqqında danışaraq, onun yorulmaz fəaliyyəti  nəticəsində  Özbəkistanda Azərbaycan rəqsləri  tanıdıldı, təbliğ edildi və sevildi. Erkin Nuriddinov  Kaykeb Aliyevanın “Mehrcon” Hamilər Şurasının həmsədri kimi Özbəkistandakı uşaq evləri və internat məktəbələrinin tədbirlərində yaxından iştirak etdiyini, daim onlara hamilik etdiyini vurğulayaraq, bu işin ona ümumrespublika hörmətini  qazandırdığını bildirib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələri haqqında danışaraq, bu il iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açdığını qeyd edib.

Qənirə Paşayeva 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistanda səfərdə olarkən o vaxt Kaykeb Aliyevanın “Bülbüllər” adlanan rəqs ansamblının ifasını gördükdən sonra onları Azərbaycana qastrol səfərinə dəvət etdiyini qeyd edib.

Millət vəkili dostluq əlaqələrimizin inkişafı, rəqs sənətimizin  Özbəkistanda təbliği ilə bağlı Kaykeb Aliyevanın xüsusi xidmətlərini vurğulayıb və  onun rəhbərlik etdiyi Ansamblın Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri tədbirlərində yüksək səviyyədə çıxışlarını xatırlayıb.

Qənirə Paşayeva Azərbaycan dövlətinin Kaykeb Aliyevanın yaradıcılığına verdiyi qiymətdən danışıb, 2010-cu ildə Özbəkistanda mədəniyyətimizin təbliğ olunması sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Kaykeb Aliyevaya Azərbaycanın Əməkdar artisti adı verildiyini vurğulayıb.

Millət vəkili bu ilin əvvəllərində Özbəkistana səfər edərkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kaykeb Aliyevanın yaşadığı binaya onun barelyefinin də vurulduğunu söyləyib.

Sonra Kaykeb Aliyevanın büstünün üzərindəki ağ örpək çəkilib. Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Xalq rəssamı Mariya Borodinova tərəfindən  hazırlanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media