https://innews.media/uploads/news/2025-11/_innews_6733775e7e663eaa93bed3e64_o.jpg
Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın təşviqi məqsədilə suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir.
"innews media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli açıqlayıb.
Onun sözlərinə görə, son illər mağazalarda xaricdən gətirilən ucuz və keyfiyyətsiz suvenirlərin üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir.
“Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışının artırılmasında maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən tələblər qoyuruq və yerli ustaları daha kiçik ölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik”, – deyə M.Ağabəyli bildirib.