logo
Millimizin (Çimərlik) final mərhələsi üçün heyəti

Millimizin (Çimərlik) final mərhələsi üçün heyəti

Millimizin (Çimərlik) final mərhələsi üçün heyəti Millimizin (Çimərlik) final mərhələsi üçün heyəti

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.

B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.

Millimizin oyunlarının təqvimi belədir:

11 sentyabr

16:00. Azərbaycan – Belçika

12 sentyabr

12:15. Litva – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin