https://innews.media/uploads/news/2025-09/_innews_57c939b21d2a07b6e03d31273_o.jpg
AR Nazirlər Kabinetinin 02 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq sentyabrın 11-də Coğrafiya institutunda ixtisas fənlərindən qəbul imtahanları keçirilib.
9 ixtisas üzrə ayrılan 15 yeri tutmaq üçün 17 nəfər iddiaçı sənəd təqdim edib. Onlardan 8 nəfəri xarici dil və fəlsəfə fənlərindən müvəffəq qiymət ala bilməyib.
İmtahanlarda 6 ixtisas üzrə 8 yer uğrunda 9 iddiaçı mübarizə aparıb. İmtahanları keçirmək üçün ixtisas üzrə alimlərdən ibarət 6 komissiya yaradılıb. Komissiyalara sədrlik edən İnstitutun baş direktoru v.i.e., c.e.d. dosent Zaur İmraninin iştirakı ilə keçən imtahanlar müvəffəqiyyətlə başa çatıb və iddiaçıların bilikləri müvafiq ballarla qiymətləndirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin