logo
Müasir İncəsənət Muzeyində rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirildi

Müasir İncəsənət Muzeyində rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirildi

Müasir İncəsənət Muzeyində rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirildi Müasir İncəsənət Muzeyində rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirildi

Sentyabrın 28-i UNESCO - Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO - Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü, azərbaycanlı rəssam Lətafət Məmmədovanın fərdi sərgisinin açılışı keçirilmişdir. Müasir İncəsənət Muzeyində oktyabrın 5-dək davam edəcək “Rənglərin sirri” adlı sərgidə rəssamın müxtəlif janrlı əsərlərdən ibarət  ekspozisiyası nümayiş olunur.

1954-cü ildə  tanınmış azərbaycanlı rəssam Hafiz Məmmədovun ailəsində anadan olmuş Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini müvəffəqiyyətlə bitirib. O, 1978-1980-ci illərdə Baltik ölkələrinin müxtəlif şəhərlərində rəssamlıq simpoziumlarında çalışıb və mükafatlara layiq görülüb, 1978-ci ildə Sovet İttifaqının Rəssamlar Birliyinin üzvlüyünə qəbul olunub, bir müddət Azərbaycan Dövlət Pedoqoji Universitetində kafedra müdiri vəzifəsində işləyib.

Lətafət Məmmədova Azərbaycan incəsənətini xaricdə uğurla təmsil edən rəssamlardandır. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs deyib. O, 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaradıb. Azərbaycanlı rəssam İstanbulda 2018-ci ildə Türkiyənin “Onur” mükafatına layiq görülüb.

Yaradıcılığında əsasən lirik kompozisiyaların, qadın obrazlarının və təbiət təsvirlərinin üstünlük təşkil etdiyi rəssamın  əsərləri  Rusiyanın, Avropanın, ABŞ-ın muzey və kolleksiyalarında saxlanılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media