https://innews.media/uploads/news/2025-07/_innews_176466aa3a8b5a3ffae35d429_o.jpg
Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Görüş çərçivəsində səfir Lu Mey BANM-ın rektoru Elmar Qasımovla görüşüb. Tələbələrin Çində təhsil imkanları, təqaüd proqramları və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində qəbul imtahanlarında yüksək nəticə göstərmiş və BANM-da təhsil almaq istəyən abituriyentlərlə də görüş keçirilib. Səfir Lu Mey abituriyentlərə uğurlar arzulayaraq, gələcəkdə Çində təhsil almaq imkanlarından bəhs edib.