logo
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaşıllıqların kəsilməsi ilə bağlı cinayət faktları aşkarlayıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaşıllıqların kəsilməsi ilə bağlı cinayət faktları aşkarlayıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaşıllıqların kəsilməsi ilə bağlı cinayət faktları aşkarlayıb Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yaşıllıqların kəsilməsi ilə bağlı cinayət faktları aşkarlayıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub və yaşıllıqlara ümumilikdə 81470 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin