logo
“Məni bəyənmir”

“Məni bəyənmir”

“Məni bəyənmir” “Məni bəyənmir”

Aktyor Murad İsmayıl açıqlamaları ilə diqqət çəkib.

innews.media xəbər verir ki, “Pərvizə görə” proqramında qonaq olan sənətçi bəzi həmkarlarından danışıb.

Murad deyib ki, əksər sənət dostları özlərindən başqa heç kimi bəyənmir:

“Sənət adamlarının bir çoxu özündən başqa heç kimi bəyənmir. Bunu artıq qəbul edirəm. Hətta öz yaşıdlarımın içində də belələri var. Oturub-durduğun ən yaxının belə üzünə “çox istedadlısan” deyir, amma onun səmimi olmadığını bilirəm. Bilirəm ki, gəlib izləyir, gedir, amma məni bəyənmir. Ümumiyyətlə, elə insandır ki, özündən başqa heç kimi bəyənmir. Məsələn, ona sual versəz ki, Leonardo DiKaprio, yoxsa sən? Deyəcək, mən. Amma mən tənqidlərə açığam, rəyləri də oxuyuram. Bir şeyə irad bildirirlər, Mehriban Ələkbərzadə də bunu deyir: saçım üzümə düşür. Bu, mənim vərdişim deyil, amma belə olur. Tamaşa oynayanda tərləyirəm, saçım üzümə düşür, onu gözümün qarşısından arxaya atmalı oluram. Ona görə tez-tez tamaşada saçımı düzəldirəm. Bunu mənə irad tuturlar ki, tez-tez saçını düzəldirsən. Aktyor kimi ağlıma gələn irad budur: deyirlər, çalış əlini saçına aparma. Lak da vursaq, belə olur. Bir dəfə Rus Dram Teatrında aktyor yoldaşlarım bu mövzuda mənimlə zarafatlaşmışdılar. Tamaşa oynayırdıq, balaca bir rolum var idi, birinci hissənin sonunda ölürdüm. Bu ölümüm də çox təsirli səhnə idi, yaddaqalan idi. Üç aydır məşq edirik, əziyyət çəkmişik. Daxili baxışda saçıma lak vurmaq yadımdan çıxıb. Mən ölməliyəm, aktyor yoldaşlarım da baxıb təsirlənməlidirlər. Öləndə saçım üzümə düşdü, özüm də səhnənin düz qarşısındayam. Fikirləşdim ki, balaca bir səhnəm var, tamaşaçı üzümü görsün. Yıxıldım, saç üzümə düşdü, əlimlə saçımı düzəltdim. Demə, arxada digər aktyorlar gülürmüş, onların oyununu korlamışam. Onlara gülməli gəlib ki, ölən adam niyə saçını düzəltsin. Hələ də məni parodiya edirlər”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media