logo
Dəyirmi masa: "Azərbaycan - transkontinental meqamarşrutların kəsişmə nöqtəsi"

Dəyirmi masa: "Azərbaycan - transkontinental meqamarşrutların kəsişmə nöqtəsi"

Dəyirmi masa: "Azərbaycan - transkontinental meqamarşrutların kəsişmə nöqtəsi" Dəyirmi masa: "Azərbaycan - transkontinental meqamarşrutların kəsişmə nöqtəsi"

Dəyirmi masa: "Azərbaycan – transkontinental meqamarşrutların kəsişmə nöqtəsi: “Şərq-Qərb” və “Şimal-Cənub”"

Tarix: 17 mart 2025-ci il
Saat: 12:00
Məkan: Avrasiya Universiteti

Format: Ekspertlərin, analitiklərin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa.

Məqsəd:

Tədbirin məqsədi Azərbaycanın qlobal nəqliyyat-logistika və enerji şəbəkələrində strateji mövqeyini dəyərləndirmək, mövcud infrastrukturun imkanlarını və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin dəyişən geosiyasi və iqtisadi şəraitdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.

İştirakçılar:

Dövlət qurumlarının və aidiyyəti strukturların nümayəndələri, geosiyasət, iqtisadiyyat, energetika və logistika sahəsində ekspertlər və analitiklər, akademik və tədqiqat mərkəzlərinin nümayəndələri.

Müzakirə olunacaq əsas mövzular:

- Ukrayna müharibəsinin regionun nəqliyyat-logistika sisteminə təsiri

- Münaqişədən sonra regionun nəqliyyat şəbəkələrinin perspektivləri

- Azərbaycanın Orta Dəhliz üçün infrastruktur imkanları

- Orta Dəhlizin Qlobal Cənub üçün geo-iqtisadi əhəmiyyəti

- Nəqliyyat infrastrukturunun inkişafı: avtomobil yolları, limanlar, dəmir yolları

- “Şimal-Cənub” marşrutunun qarşılaşdığı çətinliklər və həll yolları

- Azərbaycanın Əfqanıstan üzərindən tranzit əlaqə imkanları

- Regionda nəqliyyat dəhlizlərinin enerji komponenti

Tədbirin formatı:

Tədbirin rəsmi açılış hissəsi, əməkdaşlıq Memorandumun imzalanması, spikerlərin çıxışları və ekspertlərlə müzakirələr.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media