Müğənni Roza Zərgərli Orta Asiya ölkələrinə təşkil olunan konsert turnesi çərçivəsində çıxışlarını davam etdirir. Hazırda duet ortağı Rəssamla birlikdə Özbəkistanda olan sənətçi burada bir sıra uğurlu konsertlər verib.
Turne zamanı Roza Zərgərli Özbəkistanın musiqi dünyasının tanınmış simaları ilə də görüşüb. O, əfsanəvi "Yalla" qrupunun yaradıcısı və solisti Fərrux Zakirov, eləcə də digər məşhurlarla bir araya gəlib.
Məşhurlar müğənninin konsertini izləyərək onun ifasını yüksək qiymətləndirib və çıxışından məmnun qaldıqlarını bildiriblər. Roza Zərgərli isə Orta Asiya tamaşaçılarının sevgisi və dəstəyindən məmnun olduğunu qeyd edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin