logo
Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi yarış 25-26 yanvar tarixlərində Şahdağ Turizm Mərkəzində baş tutacaq.

Çempionatda 4 qadın (“AZERRAIL”, “Murov Az Terminal”, “Gəncə”, “U-21”), 4 kişi (“AZERRAIL”, “Murov Az Terminal”, “Gənclər”, “U-21”) komandası iştirak edəcək. Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar. Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin