logo
“İdrak işığında” və “Məmmədəli Nasir - seçilmiş əsərləri”

“İdrak işığında” və “Məmmədəli Nasir - seçilmiş əsərləri”

“İdrak işığında” və “Məmmədəli Nasir - seçilmiş əsərləri” “İdrak işığında” və “Məmmədəli Nasir - seçilmiş əsərləri”

Yazıçı, tədqiqatçı jurnalist Şəfəq Naisirin “İdrak işığında” kitabı işıq üzü görüb. Kitabda müəllifin dövri mətbuatda dərc olunmuş publisistik məqalələri, tədqiqat əsərləri və digər üslublu yazıları daxil edilib. Vətənin, xalqın həyatında baş vermiş ictimai-siyasi hadisələr, mücadilə tariximiz, ədəbi şəxsiyyətlərin yaradıcılıq amalı topludakı əsərlərin leytmotivini təşkil edir. Mətbuat şurasında müəllifin işığına toplaşan ədəbiyyat nümayəndələri müəllifin yaradıcı fəaliyyətindən bəhs etdilər.

Azərbaycan mətbuat şurasinin sədri Rəşad Məcid bildirib ki, Şəfəq Nasirin həm jurnalist fəaliyyəti tədqiqatçı kimi çox təqdirəlayiq və hörmətə layiqdir. Onun Qərbi Azərbaycan mətbuatının araşdırılması istiqamətində dərc olunduğu kitabları və o dövrkü mətbuatın kitab kimi çap edilməsi vacib bir məqamdır.

Müəllifin ikinci kitabı İrəvanın tanınmış ziyalılarından biri olan, yazıçı, dramaturq Məmmədəli Nasirlə bağlıdır. “Məmmədəli Nasir – seçilmiş əsərləri” kitabında İrəvanda erməni müsəlman qarşıdurması zamanı azərbaycanlı əhaliyə qarşı edilən zülm, xəyanət, kəndlərimizin yandırılması, didərginlik ağrıları əks olunub.

Filologiya üzrə fəlsə doktoru, yaziçi, publisist Şəfəq Nasir son illərdə yaradıcılığımın bir qismini iki kitabda cəmləşdirdiyini qeyd edib. Bildirib ki, əsas onun üçün maraqlı olan 20-ci əsr irəvan ziyalısı, Molla Nəsrəddin jurnalınad çıxış edən Məmmədəli Naisirin yaradıcılığıdır. Şəfəq Nasir onun dram əsərləri, feletonları, xatirə və publisistik yazılarını uzun illər klassik mətbuat səhifələrində axtarıb tapıb kitab halında ərsəyə gətirib.

“Gecə yağışı”, “Beyləqanın Güllü yazı” bədii əsərləri ilə ədəbiyyata gələn Şəfəq Nasir daha çox publisist yazılarla tanınır. "Ciddi söhbət", "Könüllərə şəfəq payı" kitabları bu qəbildəndir... Müəllif həm də ötən əsrin əvvəllərində İrəvanda çıxmış “Bürhani həqiqət” və “Lək-lək” jurnallarını latın qrafikasına çevirərək çap etdimişdir.

Filologiya elmləri doktoru, tədqiqatçi-publisist Abid Tahirli Şəfəq Nasirin azərbaycanın qədim torpağı olan irəvan mətbuatı qarşısındakı xidmətlərindən danışıb: “Şəfəq xanımın ən böyük xidmətlərindən biri odur ki, o, bizim qədim Azərbaycan torpağı olan,  indiki ermənistan ərazisində çıxan mətbu orqanını üzə çıxartdı. Təbii ki, Lək-lək bir müddət sonra ictimaiyyətə təqdim olundu, sonra tərcümə oluna bilər. Bu mətbu orqanlarda gedən məlumatda məlum olur ki, bunların məscidləri, küççələri tarixi abidələri azərbaycanlılara məxsusdur. Bu mənada bu tədqiqatın əvəzi yoxdur”.

Tədbirin sonunda Şəfəq Nasir Azərbaycanda mətbu və publisistik fikrin inkişafına, Qərbi Azərbaycan mətbuat tarixinin öyrənilməsinə və təbliğinə yönələn xidmətlərinə görə Mətbuat Şurasının Diplomu ilə təltif olundu.

MƏMMƏD MƏMMƏDLİ

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media